Qarabağ məsələsi ilə bağlı Azərbaycanla təmaslar üçtərəfli razılaşmaların reallaşdırılması çərçivəsində daim həyata keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, hər kəs üçtərəfli razılaşmaların müddəalarının reallaşdırılmasının vacib və alternativsiz olduğunu qəbul edir: “Və bu çərçivədə həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə təmaslar baş tutur”.