Rusiya Qarabağda vəziyyətin sabitləşməsi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı atılan bütün addımlar Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına gətirib çıxarmalıdır:
“Eyni zamanda bu addımlar gərginliyin artımına xidmət edəcək heç bir elementə yol açmamalıdır”.