Rusiya artıq Qarabağdan çıxacağına dair siqnallar verməyə başlayıb.
AzerTimes Globalinfo.az-a xəbər verir ki, bunu tanınmış erməni rejissor, siyasətçi Tiqran Xzmalyan deyib.
O bildirib ki, Rusiyanın bölgədən çıxışı qaçılmazdır:
“Son bəyanatlardan belə görünür ki, Rusiya regionu tərk edir. Bunu Ukraynadakı məğlubiyyətlə də əlaqələndirmək olar. Türkiyə Prezidenti 1918 və 1991-ci illərdə olduğu kimi, 2025-ci ildə də Rusiyanın bölgədən çıxacağını bildirərək buna eyham vurmuşdu. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun Moskvanın Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşdığı ilə bağlı bəyanatı da buna nümunədir. Moskva 2020-ci ildə Qarabağın Azərbaycana məxsus olduğunu elan etmişdi və 3 il sonra Ermənistan da tanıdı. Rusiyanın bölgədən çıxması artıq qaçılmazdır. Amma məsələ bununla bitməyəcək. Rusiya Gümrüdən 102-ci bazanı da çıxaracaq”.