Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Rusiya Dağlıq Qarabağdakı vəziyyəti diqqətdən kənard qoymağa hazırlaşmır.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavd Zəriflə birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, Ermənistan baş naziri arasında keçirilmiş sammit bunun təsdiqidir:
“Bu regionun dinc yaşaması, mehriban qonşuluq şəraitində olması, çiçəklənməsi təkcə Rusiya, Azərbaycan və Ermənistan deyil, İran, Türkiyə və Gürcüstan üçün də maraqlıdır. Ümumilikdə, üç Cənubi Qafqaz ölkəsinin, üç qonşu ölkənin Rusiya, İran və Türkiyənin iştirakı ilə yeni reallığı nəzərə alaraq yeni münasibətlər qurması ilə bağlı təşəbbüslər səslənir. Reallıq ondan ibarətdir ki, müharibə yoxdur, blokadaların aradan götürülməsi ilə bağlı razılıq var. Bizim şübhəmiz yoxdur ki, İran bu layihələrə qoşulmaqda maraqlı olacaq”.