Rusiya Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiya 2020-ci ildə hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib:
“Rusiya hərbi əsirlərin və məhbusların mübadiləsində, itkin düşənlərin axtarışında, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal köməklik göstərib”.