Əgər müharibədə Rusiya qalib gəlsə, o zaman Qərb mühacirətdə olan Ukrayna hökuməti yaradacaq.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Britaniyalı ekspert Aleksandr Merkuris deyib.
“Ukraynadakı münaqişə hətta döyüşün bitməsinə rəğmən uzun müddət davam edə bilər. Çünki ruslar qalib gələcəklər. Odur ki, onlar Qərbdə alternativ Ukrayna hökumətini yaratmağın bir çox yolunu tapmağa çalışacaqlar”, – o bildirib.
Ekspertin fikrincə, ölkədən qaçan ukraynalı siyasətçilər və məmurlar sonradan sülh danışıqlarının nəticələrini tanımaya bilərlər. Daha sonra onlar ölkəni müxtəlif qlobal təşkilatlarda, o cümlədən BMT Baş Assambleyasında təmsil edəcəklər.