İmperator Pyotrun Rusiya qarşısında xüsusi xidmətləri var, onun dövründə ölkə dünya gücünə çevrildi.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz əcdadlarımızın irəli getməyə, yeniliklər kəşf etməyə, Vətənin mütərəqqi inkişafına nail olmağa, döyüşlərdə Vətəni müdafiə etməyə və dünyada onun layiqli rolunu təsdiq etməyə can atan və bilənlərin hamısının nailiyyətləri və hərbi qələbələri ilə fəxr edirik. Bütün bu sahələrdə imperator I Pyotrun, əlbəttə ki, xüsusi xidmətləri var. Bu il biz onun anadan olmasının 350 illiyini qeyd edirik. Pyotr haqlı olaraq böyük islahatçı adlanır, o, həyatın demək olar ki, bütün sahələrində əsaslı dəyişikliklərə nail ola bildi. İlk növbədə dövlətin idarə olunmasında, iqtisadi inkişafda, qüdrətli, məğlubedilməz ordu və donanmaların yaradılmasında, təhsildə, maarifşilikdə, səhiyyədə, mədəniyyətdə böyük sıçrayış əldə edildi”, – Putin bildirib.