Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı

Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı

Rusiya Mərkəzi Bank faiz dərəcəsini illik 18%-dən 19%-ə qaldırıb.

AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilib.

Bildirilib ki, inflyasiyanın bu il üçün proqnozu üstələyəcəyi gözlənilir:

“Mövcud inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın iyulun 6,5-7%-lik proqnoz diapazonunu keçəcəyi gözlənilir. Daxili tələbatın artımı hələ də əmtəə və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və inflyasiyanın 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur”, – deyə Mərkəzi Bankdan bildirilib.

Teqlər: