Rusiya PUA-sı Rumıniya ərazisində girdi və…

Rusiya PUA-sı Rumıniya ərazisində girdi və…

Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Odessa limanında mülki infrastruktura hücum edən zaman Rumıniya ərazisinə düşüb.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, PUA-nın hücumu zamanı Rumıniya tərəfi F-16 və hazırda bu ölkə ərazisində olan Almaniyanın “Eurofighter Tayfun” qırıcılarını havaya qaldırıb. Radarlar ən azı bir Rusiya PUA-nın Rumıniyanın hava məkanına daxil olduğunu aşkar edib.

Nazirlik ardınca PUA-nın boş əraziyə düşdüyünü açıqlayıb, uçan obyektin vurulması barədə hər hansı açıqlama verilməyib.

Teqlər: