Sentyabrın 7-də Latviya ərazisinə Rusiya dronu düşüb.
AzerTimes xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs deyib.
“Dünən Rusiyanın hərbi PUA-sı Latviyanın şərqinə qəzaya düşüb. Faktla bağlı araşdırma aparılır. Biz müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq. NATO-nun şərq cinahında oxşar insidentlərin sayı artır, onları birlikdə həll etmək lazımdır”, – prezident bildirib.
Litva mətbuatının məlumatına görə, PUA-nın qalıqları Rezeknensk rayonunda aşkarlanıb.