Rusiya PUA əvəzinə İrana nüvə verəcək? – Başbuğ

Rusiya PUA əvəzinə İrana nüvə verəcək? – Başbuğ

Bildiyimiz kimi, Rusiya və İran arasında Suriya məsələsində də yaxınlaşma var. İqtisadi və təhlükəsizlik sahəsində də əməkdaşlıq mövcuddur. Lakin sözügedən yaxınlığın uranın zənginləşdirilməsi qarşılığında müharibədə Rusiyaya tam dəstək verəcək səviyyəyə gəlməsi məsələsi mübahisəlidir.

Bu sözləri AzerTimes-a Qərb mətbuatında Rusiyanın İrana PUA və raketlər müqabilində nüvə proqramını başa çatdırması üçün köməklik göstərəcəyi iddiaları haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.

Başbuğun sözlərinə görə, nüvə proqramının tamamlanması üçün yardım real görünmür:

“Qərb ələ keçirilən dronlar üzərində aparılan araşdırmalar əsasında bunların İranda istehsal olunduğunu, lakin Rusiya tərəfindən boyanaraq gizlədildiyini qeyd edir. Hələ ki, nə Rusiya, nə də İran bu iddiaları qəbul edib. Bir neçə gün öncə “Röyters” İranın Rusiyaya “Fateh” və “Zülfüqar” ballistik raketlərini verəcəyi haqqında məlumat yayıb. Arxasınca isə edilən yardımın qarşılığında Moskvanın uranın zənginləşdirilməsi və nüvə proqramının tamamlanması üçün Tehrana yardım edəcəyi informasiyası ortaya çıxdı. Düzdür, Rusiyanın silah və sursatı, döyüş texnikası tükənmək üzrədir. Çünki embarqolara görə istehsal çox azalıb. Ancaq nüvə silahı məsələsində İrana yardım edəcəyini real hesab etmirəm. İrana yeni sankiya tətbiq etməyin ən rahat yolu uranın zənginləşdirilməsini bəhanə etməkdir. Qərbin də etdiyi budur”.

Teqlər: