Rusiya Polşaya girsə… – Duda hədələdi

Rusiya Polşaya girsə… – Duda hədələdi

Rusiyanın Polşaya birbaşa hücumu halında cavab çevik və qəti olacaq. Bu cür təcavüz NATO-ya birbaşa hücum kimi qəbul ediləcək.

AzerTimes xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda ölkəsinin Rusiya ilə mümkün qarşıdurma ilə bağlı riskləri şərh edərkən deyib.

“Xahiş edirik, unutmayın ki, Rusiyanın Polşaya hücumu NATO-ya hücum olardı. 2001-ci ildə ABŞ hücuma məruz qalanda bütün müttəfiqlər terrorçularla mübarizədə amerikalıların tərəfində idi. Biz inanırıq ki, əgər NATO ölkəsinə hücum olsaydı, cavab eyni olardı: sürətli və qətiyyətli”, – Duda bildirib.

Teqlər: