Rusiya Polşanı qəsdən vurdu – Sensasion iddia

Rusiya Polşanı qəsdən vurdu – Sensasion iddia

Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə Polşanın iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır. Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, böyük ehtimalla Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub:

“Bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil, NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya ərazisinə düşəcək. NATO-nun digər qanadı – Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar”.

Qeyd edək ki, Rusiyanın yüksək dəqiqlikli raketlərinin Ukrayna sərhədindən 10 km içəridə olan bir əraziyə düşməsini təsadüf hesab etməyənlər az deyil.

Teqlər: