Rusiya qoşunları Ukrayna ərazisinə hücum edərkən, atdığı raket Polşa sərhədindən bir qədər aralı düşüb.
AzerTimes xəbər veriri ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.
“Rusiya Qara dənizdən eyni anda bir neçə raket buraxıb, lakin Ukraynanın hava hücumundan müdafiə sistemləri bunların çox hissəsini vurub. Hücum tarixi təsadüfən seçilməyib. Bu zaman Ukraynanın mühüm müttəfiqi olan Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynaya gəlib. Polşa sərhədində bu cür hücum, yəqin ki, rusların buna cavab verə biləcəklərini göstərmək üçün idi. Bu, Polşa üçün xəbərdarlıq idi. Biz Rusiyanı təxribata çəkməmək üçün diqqətli olmalıyıq”, – o bildirib.