Rusiya polisi Gürcüstana gələn avtomobillərə məhdudiyyət qoydu

Rusiya polisi Gürcüstana gələn avtomobillərə məhdudiyyət qoydu

Rusiyanı tərk etmək istəyənlərin sayının çox olması səbəbindən Gürcüstan sərhədi istiqamətində hərəkət məhdudlaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Realnıy Qafqaz” məlumat yayıb.

Məlumata əsasən, sentyabrın 23-də gecə saat 03:30 radələrində Vladiqafqaz şəhərində, Moskva və Kosta prospektlərinin kəsişməsində post yaradılıb və yol polisi nəqliyyatın hərəkətini dayandırıb.

Müəllifin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Yuxarı Lars” gömrük-keçid məntəqəsi qarşısında bir neçə kilometr tıxac olduğu üçün avtomobilləri sərhəddə buraxmırlar.

Məlumata görə, sərhəd keçid məntəqəsinə yalnız Gürcüstan dövlət nömrə nişanlı avtomobillər buraxılır, bu səbəbdən də bəziləri Gürcüstan sərhədinə piyada, skuter, velosipedlə gedir və ya onları sərhədə avtomobillə aparmaq üçün yerli sakinlərə pul ödəyirlər.

Teqlər: