Rusiya: Paşinyanın konkret addımlarını gözləyirik!

Rusiya: Paşinyanın konkret addımlarını gözləyirik!

Ermənistanın Baş naziri Nikol Paşinyanın konkret addımlarını gözləyirik.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Aİİ sammitində və MDB liderlərinin qeyri-rəsmi görüşündə mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

“Burada ümidlərə deyil, konkret faktlara əsaslanmalıyıq”, – Zaxarova bildirib.

Qeyd edək ki, Paşinyan dekabrda Sankt-Peterburqda keçiriləcək sammitə qatılıb-qatılmayacağını açıqlamayıb.

Teqlər: