Rusiya Paşinyana sərt cavab verməlidir!

Paşinyan indi özünü hakimiyyətdə saxlamaq və Baş nazir kürsüsündə qalmaq üçün hər şeydə Rusiyanı günahlandıracaq.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Biz Paşinyana sərt cavab verməliyik! Ermənilərin sualları varsa, saqqallı rəhbərlərinə müraciət etsinlər”, – o bildirib.