Vladimir Putinin rəhbərlik etdiyi Rusiya dünyada özünə terrorçuların yerini seçib və hazırki Rusiya hökuməti artıq bunu dəyişə bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mənə elə gəlir ki, Rusiya terrorçuların sırasında özünə yer seçib və bu gün bu, onların rəhbərliyindən asılı deyil. Onların hakimiyyəti (Putin – red.) Rusiyanın inkişafına, tarixi və mədəniyyətinə təsir göstərmir”, – deyə Zelenski bildirib.