Rusiya öz Skype’nı yaradır

Rusiya öz Skype’nı yaradır

Rusiyada dövlət qurumları və sənaye müəssisələrinə “Skype” xidmətinin yerli analoqu təklif ediləcək.

Xidmətin tərtibatı ilə “Rostex” məşğul olacaq.

Tərtibatçılar bildirir ki, sistemin internetə çıxışı olmayacaq və o, hakerlərdən, xarici xüsusi xidmət orqanlarından mühafizə olunur. Xidmət videozəng, mətn və fayllar mübadiləsi funksiyalarını özündə birləşdirir.

Prototipin yaradılması üçün “Maynd Labs” konfrans xidməti və “Ommgi Technology” messencerindən istifadə edilib. Layihənin detalları Rusiyanın rəqamsal sənaye sərgisində açıqlanacaq.