Rusiya öz müğənnilərini qara siyahıya saldı

Rusiya öz müğənnilərini qara siyahıya saldı

Rusiyada konsertləri arzuolunmaz hesab edilən rusiyalı musiqiçilərin qara siyahısı hazırlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

Məlumata görə, onlar arasında Andrey Makareviç, Boris Qrebenşçikov, Valeri Meladze, Maksim Pokrovski, “Bi-2” qrupu, məşhur reperlər Face və Morgenştern yer alıb.

Qeyd edək ki, siyahıda yer alan bütün müğənnilər Ukraynadakı müharibəyə qarşı çıxıblar.

Teqlər: