Rusiya öz ərazisinə raket zərbəsi endirəcək – Şok iddia

Rusiya öz ərazisinə raket zərbəsi endirəcək – Şok iddia

Rusiya səbəbsiz səfərbərlik elan edə bilməyəcək, çünki bundan əvvəl hərbi vəziyyət tətbiq etmək lazımdır. Bunun üçün işğalçılar antiterror qanunvericiliyindən istifadə edə bilərlər.

AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiyada terror təhlükəsinin üç səviyyəsi var: yaşıl, sarı, qırmızı:

“İndi Ukrayna ilə həmsərhəd rayonlarda terror təhlükəsinin səviyyəsi sarıdır. Söhbət Belqorod, Kursk, Bryansk və Rostov vilayətlərindən gedir. Təcavüzkar öz ərazisində növbəti terror hücumu təşkil edərsə – məsələn, Ukrayna ərazisindən atılacağı iddia edilən raket zərbəsi – bu, terror təhlükəsinin dərəcəsini qırmızıya qaldıracaq. Bu səviyyə hərbi vəziyyətin tətbiqini nəzərdə tutur”.

Jdanov qeyd edib ki, Rusiyada öz ərazisində bir neçə terror aktı təşkil edə və hərbi səfərbərlik kampaniyasına başlaya bilər:

“İkinci çeçen kampaniyasının necə başladığını xatırlayın – Moskva və Volqodonskda 10 ev partladılmışdı”.

Teqlər: