“Oreşnik” raketlərinin istifadəsi, şübhəsiz ki, güc nümayişi deyil, Rusiya vətəndaşlarının təhlükəsizliyinin təminatıdər və xüsusi əməliyyatın aparılması taktikasına təsir göstərəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Vladimir Bulavin bildirib.
“Oreşnik”un istifadəsi, ordumuzun yeni texnoloji imkanları güc nümayişi deyil, hər bir Rusiya vətəndaşının təhlükəsizliyinin təminatıdır. Bununla belə, ölkəmizin ardıcıl mövqeyi dəyişməz olaraq qalır. Biz hər zaman dialoqa və istənilən məsələlərin sülh yolu ilə həllinə açığıq”, – Bulavin deyib.
Qeyd edək ki, ötən gün Rusiya “Oreşnik” ballistik raketləri ilə Ukraynaya zərbə endirib.