Rusiya ordusunu Limandan qəsdən geri çəkib?

Rusiya ordusunu Limandan qəsdən geri çəkib?

Rusiya Müdafiə Nazirliyinin müttəfiq qoşunlarını Krasnı Limandan daha sərfəli xəttlərə çıxarmaq qərarı əsgərlərin həyatını xilas etməyə kömək etdi.

AzerTimes xəbər verir ki, sözləri Rusiyalı hərbi ekspert Yuri Knutov deyib.

“Biz mütəşəkkil şəkildə qoşunları geri çəkə bildik. Bu qoşunlar arxa cəbhəyə getmir, yeni sərhədlərdə müdafiəyə qalxırlar ki, bu da son dərəcə vacibdir. Bütün bu əməliyyatlar prinsipial əhəmiyyət kəsb edir. Çünki düşməni yorur, qanını tökür, ehtiyatlarını tükəndirir. Bu vaxta qədər biz sadəcə ehtiyatlarımızı dolduracağıq “, – Knutov bildirib.

Teqlər: