Rusiya Aerokosmik Qüvvələrinə Su-34 ön xətt bombardmançılarının daha bir partiyası təhvil verilib.
AzerTimes xəbər verir ki, bu barədə Birləşmiş Təyyarə Korporasiyası məlumat yayıb.
“Bunlar Novosibirsk Aviasiya Zavodunda hazırlanıb. Su-34-ün təkmil aviasiya silahlarından istifadə imkanları genişləndirib. Bu da yerüstü hədəflərin məhv edilməsi diapazonunu artıracaq, texnikanın dəqiqliyini genişləndirəcək”, – məlumatda deyilir.
Qeyd olunur ki, Su-34 bombardmançıları Rusiya cəbhə aviasiyasının zərbə gücünün mühüm hissəsidir.