Rusiya Silahlı Qüvvələri üçün 2023-cü ildə bir sıra maddələr üzrə silah istehsalı və təchizatı 10-12 dəfə artıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov deyib.
Manturov onu da əlavə edib ki, 2023-cü ildə dövlət müdafiə sifarişlərinin həcmi ötən illə müqayisədə iki dəfə artıb.