Rusiya ordusu o qədər zəifdir ki… – Admiral

Rusiya ordusu o qədər zəifdir ki… – Admiral

Ukrayna hələ tam ölçüdə əks-hücum əməliyyatına başlamayıb, onu vaxta bağlamaq ədalətsizlikdir.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin bildirib.

“Əks-hücum heç vaxt tək bir hərəkat olmayıb, bu, həm də iqtisadi və diplomatik xarakter daşıyır”, – Radakin vurğulayıb.

Onun sözlərinə görə, son bir neçə həftə ərzində Ukrayna Rusiyadan daha çox mövqe tutub:

“Rusiya ordusu o qədər zəifdir ki, onun əhəmiyyətli əks-hücum üçün gücü yoxdur – 18 aylıq döyüşdə onlar təxminən 2000-2500 tank itirdilər”.

Admiral qeyd edib ki, Ukrayna qırıcıları “Storm Shadow” raketlərindən səmərəli istifadə edir. Onlar kifayət qədər mürəkkəb olsalar da, Rusiyanın hava hücumundan müdafiəsini məğlub edirlər.

Teqlər: