Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.
Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.