Rusiya ordusu Kursk vilayətində 2 yaşayış məntəqəsini azad edib.
AzerTimes xəbər verir ki, bu barədə “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov Teleqram kanalında bildirib.
Məlumata görə, əməliyyatlar zamanı Nijnaya Parovaya və Neçayev yaşayış məntəqələri ələ keçirilib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib.