Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
O bildirib ki, hücum zamanı 1 nəfər yaralanıb:
“Ümumilikdə, 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib.
Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə isə ziyan dəyib”.