Rusiya ordusu gündə 23 min artilleriya mərmisi atır

Rusiya ordusu gündə 23 min artilleriya mərmisi atır

Genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın 200 mindən çox əsgəri və 1800-dən çox zabiti öldürülüb və ya yaralanıb.

AzerTimes xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.

General vurğulayıb ki, bu müharibə inanılmaz miqyasdadır:

“Rusiyanın Ukraynaya hücumundan sonra NATO artıq yeni reallığa uyğunlaşmalıdır. Rusiya indiyədək 2000-dən çox əsas döyüş tankını itirib”.

Onun sözlərinə görə, orta hesabla Rusiya ordusu gündə 23 mindən çox artilleriya mərmisi atır:

“Əgər kimsə tankla gəlirsə, sizin də tankınız olmalıdır. Ancaq soyuq müharibənin dərslərindən biri silahların dəqiqliyinin önəmidir. Həmçinin, müdafiə sənayesinin istehsal gücü də vacibdir”.

Teqlər: