Qərb liderləri yadda saxlamalıdır: Əvvəllər Rusiya ordusu dünyada ikincisi idisə, indi bu ordu Ukraynada ikincidir.
AzerTimes xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Bunu mümkün edən Ukrayna əsgərlərinin cəsarəti, iradəsi, fədakarlığı və əzmidir. Bizə həm də başlanğıc nöqtəsini də xatırlamaq lazımdır. 2022-ci il fevralın 24-də genişmiqyaslı müharibə başlayanda əksər ekspertlər bizə “Kiyev bir neçə günə, Ukrayna isə bir neçə həftəyə çökəcək” deyirdilər”, – Stoltenberq bildirib.