Rusiya ordusu bu ərazilərdən çıxdı – Kəşfiyyat

Rusiya ordusu bu ərazilərdən çıxdı – Kəşfiyyat

Rusiya qüvvələri sərhəddəki bir neçə qəsəbədən geri çəkilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Belqorod (Rusiya) vilayətində baş vermiş son hadisələri şərh edərkən deyib.

“Bir neçə sərhəd qəsəbəsi var ki, Rusiya hərbçiləri faktiki olaraq oranı tərk edib. Hazırda orada heç bir hakimiyyət yoxdur. Amma müqavimət hərəkatının və könüllü üsyançıların Rusiya təmsilçilərinin fəaliyyətindən danışsaq, onlar hazırda aktiv fəaliyyət göstərir, o cümlədən paytaxt regionunda,”, – Yusov bildirib.

Teqlər: