Rusiya “Oniks”lə zərbə endirdi, hədəfə çatmadı

Rusiya “Oniks”lə zərbə endirdi, hədəfə çatmadı

Ötən gün axşam saatlarında Rusiya ordusu Odessa vilayətinə iki səsdən sürətli “Oniks” raketi ilə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Düşmən müvəqqəti işğal altında olan Krımdan iki “Oniks” raketi ilə Odessa bölgəsinə raket zərbəsi endirib. Raketlər “Bastion” sahil raket sistemindən atılıb, onlar Qara dəniz sahillərinə yaxınlaşarkən döyüş qabiliyyətini itiriblər”, – məlumatda vurğulanıb.

Dağıntı və tələfatın qeydə alınmadığı da bildirilib.

Teqlər: