Rusiya Rumıniya səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan
edib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyyinin
açıqlamasında deyilir.
Qeyd olunur ki, bununla əlaqədar Rumıniya səfiri Kristian
İstrate XİN-ə çağırılıb.
Nazirlik bildirib ki, bu qərar Rumıniya tərəfinin atdığı analoji
addıma cavab olaraq verilib.
Qeyd edək ki, Rumıniya hökuməti aprelin 5-də 10 rusiyalı
diplomatın ölkədən çıxarılması barədə qərar qəbul etmişdi.