Rusiya Odessaya yenidən zərbə endirdi

Rusiya Odessaya yenidən zərbə endirdi

Bu gecə Rusiya Odessa vilayətindəki aqrar-sənaye müəssisələrindən birinə raket zərbəsi endirib.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

“Zərbə çox aşağı hündürlükdə uçan “Kalibr” raketləri tərəfindən həyata keçirilib. Ona görə də hücum hava siqnalı ilə eyni anda baş verib. Çoxlu kənd təsərrüfatı və xilasetmə texnikası zədələnib”, – o bildirib.

Qeyd edək ki, 17 iyulda Krım körpüsünə hücumdan sonra Rusiya Odessaya hər gün zərbələr endirir.

Teqlər: