Rusiya Odessaya hücum etdi: ölənlər var

Rusiya Odessaya hücum etdi: ölənlər var

01:45

Ukraynanın Odessa vilayətində ardıcıl partlayış səsləri eşidilir.

AzerTimes xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Partlayışların nədən qaynaqlandığı açıqlanmır.

***

Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Bu barədə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının Feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahid” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

“50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb”, – açıqlamada bildirilir.

Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.

Teqlər: