Rusiya Odessanı yenə vurdu: ölən var

Rusiya Odessanı yenə vurdu: ölən var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərini yenə atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiper Teleqramda bildirib.

O qeyd edib ki, Rusiya hücumu zərbə dronları vasitəsilə həyata keçirib:

“Hücum nəticəsində azı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Yaralananlar arasında azyaşlılar da var. Digər yaralıların vəziyyəti isə orta ağırdır”.

Kiper vurğulayıb ki, ərazidə axtarış-xilasetmə əməliyyat davam edir.

Teqlər: