Rusiya ordusu Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raketlə atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Raketlərdən biri doqquzmərtəbəli binaya düşüb.
Nəticədə 17 nəfər ölüb, daha 30 nəfər isə yaralanıb. Həyatını itirənlərdən 3-ü azyaşlı olub.
Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.