Rusiya Odessa vilayətindəki iki hərbi obyekti raketlə vurub.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.
“Odessa vilayətinə raket zərbələri endirilib. 3 ədəd Su-35 təyyarəsi Qatra dənizdən 4 raket buraxıb. Raketlərdən biri dəniz üzərində vurulub. İki raket isə hərbi obyektə düşüb və yanğın başlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür”, – məlumatda qeyd edilib.
Digər raketin Dnestrin mənsəbindən keçən körpüyə düşdüyü bildirilib.