Rusiya Odessanı “İsgəndər-M”lə vurdu: ölənlər var

Rusiya Odessanı “İsgəndər-M”lə vurdu: ölənlər var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə “İsgəndər-M” raketəri ilə zərbə endirib.

AzerTimes xəbər verir ki, zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Bildirilib ki, “İsgəndər-M” ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

“Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub, – məlumatda vurğulanıb.

Teqlər: