Oktyabrın 9-da Rusiya qüvvələri Odessa vilayətinin liman infrastrukturuna hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini – icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba məlumat verib.
Onun sözlərinə görə, ruslar ballistik raketlərlə zərbə endiriblər. Nəticədə 5 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb.
Qeyd olunur ki, hücum zamanı Panama bayrağı altında üzən mülki gəmi zədələnib. Rusiyanın növbəti hücumu nəticəsində “Shui Spirit” konteyner gəmisi zədələnib.
“Bu, son dörd gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir”, – Kuleba vurğulayıb.