Rusiya Odessa limanına daxil olan mülki gəmini vurdu

Rusiya Odessa limanına daxil olan mülki gəmini vurdu

Rusiyanın hərbi qüvvələri Liberiya bayrağı altında üzən mülki gəmini vurub.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın müdafiə qüvvələri bildirib.

Qeyd olunub ki, mülki gəmi limana daxil olan zaman raketlə vurulub. Raket üst quruluşuna dəyib. Nəticədə Filippin vətəndaşı olan üç ekipaj üzvü yaralanıb.

Bundan başqa, losman həlak olub, daha bir liman əməkdaşı isə yaralanıb.

Teqlər: