Rusiya nüvə zərbəsi endirəcək obyektləri müəyyən etdi – Mİ-6

Rusiya nüvə zərbəsi endirəcək obyektləri müəyyən etdi – Mİ-6

Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib. Plan hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Vladimir Zelenskinin Kremlin bu planı haqqında məlumatı olduğunu bildirib.

“ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək. Bu, nüvə müharibəsinə yol açacaq.

Maraqlıdır, Rusiya Ukrayna və Qərb dünyasıyla ölüm-dirim savaşına başlayarsa, taktiki nüvə silahları havada uçuşarsa, Kreml Qarabağdakı hərbçilərini geri çəkərmi? Ümumiyyətlə, Rusiya səfərbərliyə həyata keçirməkdə çətinlik çəkdiyi halda Kremlin Qarabağdakı hərbçilərini Ukraynaya göndərməsinə ehtiyac var. Doğrudur, Kreml hərbçiləri vasitəsilə Qarabağda varlığını qorumağa çalışır. Ancaq hazırda Rusiyanın taleyi Ukraynada həll olunur. Kreml bizi Qarabağ separatçılarıyla baş-başa buraxarsa, ərazimizdə nəzarəti tam bərpa edərik. Bu variant istisna deyil”.

Teqlər: