Rusiya nüvə silahından istifadə məsələsinə münasibət bildirib

Rusiya Federasiyasının nüvə silahından istifadəsi yalnız ölkəyə
birbaşa təhlükə yarandığı təqdirdə mümkündür.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü
Dmitri Peskov CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın milli təhlükəsizlik konsepsiyası
var.

“Orada nüvə silahından istifadənin bütün səbəbləri haqqında
oxuya bilərsiniz. Ölkəmizin varlığına təhlükə olarsa, nüvə
silahından konsepsiyaya uyğun istifadə edilə bilər”, – D.Peskov
Rusiyanın nüvə silahından istifadəsini tamamilə istisna etməyin
mümkün olub-olmaması sualına cavab olaraq deyib.

Teqlər: