Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib – Peskov

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq
üçün Belarusa gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Əldə olunmuş razılığa əsasən, Ukrayna ilə danışıqlar aparmaq
üçün Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların,
o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət
Rusiya nümayəndə heyəti Belarusa gəlib”, – deyə o bildirib.

D. Peskov danışıqların Qomel şəhərində planlaşdırıldığını
bildirib.

Teqlər: