Rusiya cavab tədbiri olaraq Norveçin Moskvadakı səfirliyinin və müdafiə attaşesi ofisinin 10 nümayəndəsini persona non-qrata elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Norveç səfiri Robert Kvilə məsələ ilə bağlı nota təqdim edilib və Oslonun qeyri-dost hərəkətləri ilə bağlı başqa tədbirlərin görüləcəyi də bildirilib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Norveç aprelin 13-də Rusiyanın bu ölkədəki səfirliyinin 15 əməkdaşını persona non-qrata elan etmişdi.