Rusiya ordusu pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Nikopol şəhərinə zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə şəhər rəhbəri Aleksandr Sayuk Feysbuk səhifəsində yazıb.
O, hücum nəticəsində 1 nəfəri yaralandığını, 2 nəfərin isə travma aldığını bildirib.
Sayuk həmçinin kommunal binaların, yaşayış evlərinin, qarajın və avtomobillərin zərər gördüyünü əlavə edib.