Rusiyanın Nikolayev şəhərini atəşə tutuması nəticəsində ukraynalı biznesmen Aleksey Vadaturski həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hadisə ilə bağlı ətraflı məlumat verilməsə də, Vadaturski ilə birgə həyat yoldaşının da həlak olduğu bildirilib.
Qeyd edək ki, Aleksey Vadaturski “Nibulon” taxıl şirkətinin rəhbəri idi. Ona həm də Ukrayna Qəhrəmanı adı verilmişdi.