Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında G7 ölkələrinin maliyyə nazirləri Rusiyadan neftin alış qiymətinin həddinin müəyyən edilməsi planını razılaşdırıb təqdim etməyə hazırlaşırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.
“Qiymət limiti ilə bağlı razılaşma sentyabrın 2-də virtual görüş zamanı baş tutmalıdır. Ehtimal olunur ki, marjinal qiymətlər təkcə neftə deyil, Rusiyanın əsas ixrac məhsullarından biri kimi neft məhsullarına, o cümlədən mazuta da şamil olunacaq. Plan Rusiya neftinin müəyyən edilmiş qiymət həddindən artıq satıldığı təqdirdə daşınmasının maliyyələşdirilməsinə və sığortalanmasına qadağa qoyulmasını nəzərdə tutur”, – məlumatda bildirilir.
Qeyd olunur ki, razılaşma dekabrda, Avropanın Rusiya neftinə embarqosunun qüvvəyə mindiyi vaxt qüvvəyə minəcək.