Rusiya neftini Avropaya daşıyan xətdə sızma baş verdi

Rusiya neftini Avropaya daşıyan xətdə sızma baş verdi

Rusiya neftini Avropaya daşıyan “Drujba” boru kəmərinin qərb hissəsində iki xətdən birində sızma aşkar edilib.

AzerTimes xəbər verir ki, bu barədə Polşanın boru kəməri operatoru olan PERN məlumat yayıb.

Şirkət boru kəmərinin zədələnmiş hissəsinin təmirinə başlanıldığını və axının avqustun 8-də bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan “Drujba” boru kəməri ilə neft axını Rusiya-Ukrayna müharibəsi başlayandan kəskin şəkildə azalıb.

Teqlər: